Çində buz və qar turizm sənayesi sərgisi açılıb

18.12.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Çançun, 18 dekabr, AZƏRTAC

Çinin Cilin əyalətinin Çançun şəhərində 9-cu beynəlxalq qar və buz turizm sənayesi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, “Yeni buz və qar istehlakı: ortaq gələcək” devizi altında təşkil olunan sərgidə qış turizminə aid geyimlər, avadanlıqlar, avtomobil və digər texnika nümayiş olunur. Sərginin keçirilməsində məqsəd bu sahədə təcrübə mübadiləsi qurmaq, qar-buz sənayesində ölkələr arasında əməkdaşlığı genişləndirməkdir.

Dekabrın 22-dək davam edəcək sərgidə Çin başda olmaqla 19 ölkə təmsil edən 420 şirkət buz və qar turizminə aid ən son avadanlıq və texnologiyaları təqdim edir. Sərgidə həmçinin sektorun inkişafı və ölkələr arasında əməkdaşlığın dərinləşməsi üçün bir sıra yan tədbirlər də keçirilir.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Çançun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью