Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çinin şimalındakı Şansi əyalətinin Tayyuan şəhərində çoxmərtəbəli binada baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb, 25 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, yanğın dünən şəhərdəki çoxmərtəbəli binalardan birində baş verib.
Çin rəsmilərinin məlumatına görə, yaralılardan 9-nun vəziyyəti ağırdır və onlar xəstəxanada müalicə alırlar.
Alov təxminən iki saat davam edən müdaxilədən sonra söndürülüb. Xilasetmə əməliyyatları yerli vaxtla saat 20:30-da başa çatıb.
Yanğının başvermə səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma başlanılıb.
Aytən Yaşar/Turkustan.az