Çində daşqın 10 nəfərin ölümünə səbəb olub

26.07.2026

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çinin şimal-qərbindəki Qansu əyalətində qısa müddət davam edən şiddətli yağışın yaratdığı daşqın nəticəsində 10 nəfər ölüb, 23-ü xəsarət alıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə günorta vaxtı Veyyuan rayonundakı mənzərəli ərazidə baş verib. Ölən və xəsarət alanlar ərazidə düşərgə quran turistlər olublar.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью