Çində daşqınlar səbəbindən 50 mindən çox sakin təxliyə edilib

07.07.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çində güclü daşqınlar səbəbindən Quansi Çjuan Muxtar Rayonunun Hençjou şəhərinin 54000 sakini təxliyə edilib.  

Bakıvaxtı.az Çin Mərkəzi Televiziyasına (CCTV) istinadən xəbər verir ki, daşqınlar səbəbindən ən azı 4 nəfər ölüb, 8 nəfər itkin düşüb. 

Təxminən 85 000 sakin isə hələ də fəlakət bölgəsindədir.

Çin prezidenti Si Cinpin ölkənin bir neçə bölgəsində fəlakətlərə cavab tədbirlərinin gücləndirilməsini və xilasetmə əməliyyatlarının aparılması, zərərçəkənlərə tibbi yardım göstərilməsi və əhalinin təhlükəli ərazilərdən təxliyəsi üçün bütün səylərin həyata keçirilməsini əmr edib.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью