Çində dəhşətli yanğın: Szinpin göstəriş verdi

09.07.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Çinin Fucien əyalətinin Cincian şəhərində ayaqqabı fabrikində güclü yanğın baş verib.

Axar.az Çin mediasına istinadla xəbər verir ki, yanğın nəticəsində ölənlərin və xəsarət alanların olduğu bildirilir, lakin hələlik dəqiq say açıqlanmayıb.

Yanğın məhdudlaşdırılsa da, alovun qarşısını hələ də tam almaq mümkün olmayıb. Hadisə yerinə 200-ə yaxın yanğınsöndürən və 35 xüsusi nəqliyyat vasitəsi cəlb olunub.

İlkin ehtimala görə, yanğın fabrikin birinci mərtəbəsində başlayıb. Binadakı tezalışan ayaqqabı materialları alovun sürətlə yayılmasına səbəb olub.

Qeyd edək ki, Cincian şəhəri Çinin əsas ayaqqabı və geyim istehsalı mərkəzlərindən biridir. Bu şəhəri Çinin "ayaqqabı paytaxtı" adlandırırlar.

Çin Xalq Respublikasının rəhbəri Si Szinpin müvafiq qurumlara axtarış-xilasetmə əməliyyatının aparılması, hadisənin səbəblərinin araşdırılması ilə bağlı tapşırıq verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью