Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

02.10.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 2 oktyabr, AZƏRTAC

Çində dəmir yolu ilə sərnişin səfərlərinin sayı yeni rekord həddə çatıb. Oktyabrın 1-də ölkənin dəmir yolu şəbəkəsi 25 milyon 204 min sərnişin daşıyıb.

AZƏRTAC “China Daily” qəzetinə istinadla xəbər verir ki, bu barədə Çin Dövlət Dəmir Yolu Qrupu məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də 20,39 milyon sərnişinin qatarlarla səfər edəcəyi gözlənilir. Tələbatı qarşılamaq üçün əlavə 1462 qatarın hərəkətə buraxılması planlaşdırılır.

Məlumata görə, sərnişin axınının artması Çində Milli Günlə əlaqədar bir həftəlik tətilin başlaması ilə bağlıdır. Bu dövrdə ölkə üzrə ümumilikdə təxminən 284 milyon dəmir yolu səfərinin həyata keçiriləcəyi gözlənilir. Dəmir yolu qurumları sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək üçün əlavə qatarlar və avtobus marşrutları təşkil edib.

Qeyd edək ki, bayram günləri ilə əlaqədar sərnişin axınının yüksək səviyyədə olması oktyabrın 8-dək davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью