Çində dəmir yolu körpüsü çökdü 5 ölü

03.02.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çinin Yançenq şəhərinin Xiangşui rayonunda tikilməkdə olan Yueqanq dəmir yolu körpüsü çöküb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, körpünün 95 metrlik hissəsinin çökməsi nəticəsində 5 nəfər ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.

“Sinxua”nın məlumatına görə, dövlətə məxsus Çin Dəmir Yolları 12-ci Büro Qrupu tərəfindən inşa edilən körpü, Jiangsu əyalətinin Lianyungang rayonu ilə Şanxay şəhəri arasında planlaşdırılan yüksək sürətli dəmir yolu xəttinin bir hissəsi kimi inşa edilirdi.

Qeyd edək ki, Çin son illərdə yüksək sürətli dəmir yolu infrastrukturunda əhəmiyyətli irəliləyişlər əldə etsə də, təhlükəsizlik tədbirlərinin qeyri-kafi olması və ərazi tədqiqatlarındakı çatışmazlıqlar səbəbindən tez-tez iş qəzaları baş verir.

2024-cü ilin dekabr ayında Çinin cənubundakı Quanqdonq əyalətində dəmir yolu tikinti sahəsində torpaq çökməsi nəticəsində 13 işçi həlak olub.

2025-ci ilin noyabr ayında isə Çinin cənub-qərbindəki Yunnan əyalətinin paytaxtı Kunminqdə sınaq qatarının onlara dəyməsi nəticəsində 11 işçi həlak olub.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью