Çində Dolfin qasırğasına görə 1300 dən çox təyyarə reysi təxirə salındı

10.08.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şanxayda "Dolfin" qasırğasına görə 1300-dən çox təyyarə reysi təxirə salınıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Pudun və Xuntsyao hava limanlarında dünənə nəzərdə tutulmuş reyslərin 60 faizi ertələnib.

Daha dəqiq Pudunda 871, Xuntsyao isə 513 olmaqla, cəmi 1384 reys təxirə salınıb.

Bundan başqa, dünəndən etibarən bu gün də daxil olmaqla yüksək sürətli qatarların hərəkəti tam dayandırılıb. Sahilyanı ərazilərdə isə 30 mindən çox insan təxliyə edilib.

Xatırladaq ki, "Dolfin" qasırğası Çinin şərq sahillərinə dünən axşam saatlarında yaxınlaşıb. Quruya doğru hərəkəti zamanı qasırğanın sürəti 38-45 metr/saniyə təşkil edib.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью