Çində dronları stadion ölçüsündə uçan boşqab a çevirən texnologiya icad olundu | Icma.az
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çinli tədqiqatçılar elektron müharibə sahəsində oyun qaydalarını dəyişə biləcək yeni texnologiyalar hazırlayırlar.
Onlar "iPad" ölçüsündə kiçik bir reflektorun, radar ekranında stadion ölçüsündə nəhəng uçan naməlum obyekt (UNO) kimi görünməsini təmin edən üsul tapıblar.
Bu texnologiya radarın ekranında dronun əvəzinə nəhəng uçan boşqabın görüntüsünü yaradır.
Oxu.Az-ın "South China Morning Post"a istinadən verdiyi məlumata görə, bu barədə Milli Müdafiə Texnologiyaları Universitetinin mütəxəssisləri xəbər veriblər.
Alimlərin sözlərinə görə, yeni texnologiya əks-səda yaradan radar qurğusunun istifadəsinə əsaslanır.
Bu qurğu düşmənin radar ekranlarında kiçik bir pilotsuz təyyarəni nəhəng "uçan boşqab" kimi maskalamağa imkan verir.
"Belə qurğularla təchiz edilmiş pilotsuz təyyarə sürüsünü təsəvvür edin.
Tam oxu
Xəbəri oxu