Çində dünya üçün təhlükəli olan yeni virus yayılıb

05.01.2025

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.

[center][/center
Yeni insan metapnevmovirusu (hMPV) bütün Çində aktiv şəkildə yayılır.
Newscenter.az xəbər verir ki, ölkədə HMPV-nın alovlanması, Çində xəstəxanaların dolmasına səbəb olub.Xəstəlik artıq yerli səhiyyə sisteminə əhəmiyyətli yük yaradıb.Patogen, ağciyərləri zədələyərək COVID-19 və qripə bənzər simptomlar yaradır.
Hazırda Çin yüksək hazırlıq vəziyyətindədir, çünki ölkə boyunca qripə bənzər simptomlarla COVID-19-u xatırladan yeni virus haqqında məlumatlar daxil olur.Xəstəxanalara üşütmə, öskürək, boğazağrısı, həmçinin zəiflik və başgicəllənmə ilə xəstələr gətirilir.Hazırda Çində qrip A, mikoplazma pnevmoniyası və koronavirus kimi digər respirator viruslar da yayılır.
Mehman Mehdiyev
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью