Çində dünyanı silkələyın skandal: məşhur general nüvə sirlərini ABŞ a satıb Cinayət işi açılıb

26.01.2026

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çində ölkənin ən yüksək rütbəli generalı və ordunu faktiki idarə edən Mərkəzi Hərbi Komissiyanın (CMC) sədr müavini, general Çjan Yuksiya sensasiiyalı ittihamla üzləşib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, ölkənin nüvə və digər mühim sirlərinin ABŞ-a satmaq ittihamı üzrə mühakimə olunur.

Məlumata görə, Çin prezidenti Si Cinpin ilə uzun müddətdir ailə dostluğu olan Çjan Yuksiya Çin ordusunda əsas adam olub: "O, ordudakı təyinatlarda müstəsna rtol oynayan biri kimi, həm də bütün hərbi sirlərə vaqe olub. Təbii ki, dövlət başçısı ilə şəxsi ailə dostluğu ona böyük qaıları açıb. İndisə general Çjan Yuksya hərbi texnika və modernləşdirmədən məsul olan bölmədə vəzifə yüksəlişləri və təyinatlar üçün rüşvət almaq və ölkənin mühim nüvə sirlərindən tutmuş, digər məxfi məlumatlara qədər ABŞ-a satmaqla mühakimə edilir."

Xəbərdə detyilir ki, cinayət işi yanvarın 19-da açılıb: "Generalın əməli ortaya çıxan kimi, ona bağlı olan çoxsaylı yüksək rütbəli hərbçilər işdən çıxarılıb"

"Wall Street Journal" qəzeti yazır ki, generalla yanaşı,  Çinin hərbi və mülki nüvə proqramlarını idarə etməkdən məsul olan Çin Milli Nüvə Korporasiyasının (CNNC) keçmiş rəhbəri də istintaqa cəlb olunub: "Çində silahlı qüvvələri hədəf alan korrupsiya araşdırmaları sürətlə davam edir"

Firudin Səfərli

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью