Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Çinin Harbin şəhərində dünyanın ən böyük qış turizm komplekslərindən biri hesab edilən 28-ci Beynəlxalq Buz və Qar Dünyasının tikintisi davam edir. 2026-2027-ci il mövsümündə açılması planlaşdırılan kompleks rekord ölçüdə olacaq.
Banco.az xəbər verir ki, Çinin Heilongjiang əyalətinin Mədəniyyət və Turizm Departamentinin açıqlamasına görə, buz şəhərinin ümumi sahəsi 1 milyon 250 min kvadratmetrə çatacaq.
Nəhəng kompleksin inşası üçün ümumilikdə 400 min kubmetr buz və qardan istifadə edilməsi nəzərdə tutulur. Bu, festival tarixində ən böyük göstəricilərdən biri olacaq.
Bu mövsümün əsas yeniliklərindən biri "Disney" ilə əməkdaşlıq çərçivəsində yaradılan “Frozen” tematik zonası olacaq.
Həmin ərazidə məşhur animasiya filminin personajları Elza, Anna və Olafın buzdan hazırlanmış heykəlləri nümayiş etdiriləcək. Ziyarətçilər üçün xüsusi tematik mağazalar da fəaliyyət göstərəcək.
Buz şəhərinin tikintisi üçün əvvəlcədən hazırlanmış buz ehtiyatları noyabrın 24-də istifadəyə verilib. Kompleksin 2026-cı ilin dekabr ayının ortalarında ziyarətçilərin üzünə açılması planlaşdırılır.
Dəqiq açılış tarixi isə hələ açıqlanmayıb.