Çində dünyanın ən sürətli avtomobili nümayiş etdirildi FOTO

22.11.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Çinin "Yangwang" idman avtomobilləri şirkəti "Y9 Xtreme" adlı xüsusi hazırlanan versiyasını təqdim edib.

Avtosfer.az iz.ru-ya istinadən xəbər verir ki, bu model dünyanın ən sürətli avtomobili hesab olunur. "Yangwang Y9 Xtreme" Ginnesin Rekordlar Kitabına da düşüb.

Unikal avtomobilin sürəti Almaniyada xüsusi yarış yolunda 496.2 km/saata çatıb. Bu avtomobil üçün xüsusi olaraq hazırlanmış təkərlər 500 km/saata qədər sürət üçün nəzərdə tutulub.

"Yangwang Y9 Xtreme" modelindən 30 ədəd məhdud sayda istehsal ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью