Çində Əfqanıstan və Pakistan arasında danışıqlar keçirilir

01.04.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

Əfqanıstan və Pakistan nümayəndələri sərhəd münaqişəsinin həlli üçün Çinin iştirakı ilə üçtərəfli mexanizm çərçivəsində danışıqlar aparırlar.

525.az xəbər verir ki, bu barədə "Dawn" nəşri Pakistan Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən xəbər yayıb.

"Hazırda Çinin Urumçi şəhərində davam edən danışıqlar Əfqanıstanın təşəbbüsü ilə başlayıb. Əfqanıstan daha əvvəl Çindən görüşün keçirilməsini xahiş edib. Çinin danışıqların keçirilməsinə kömək etməsi İslamabad və Kabil arasındakı münasibətlərin həllində vasitəçilik kimi qəbul edilmir”, - mənbə bildirib.

Əlavə edib ki, Xarici İşlər və Daxili İşlər nazirliklərinin, eləcə də Pakistan Silahlı Qüvvələrinin nümayəndələrinin qatıldığı Urumçi görüşündə məqsəd sərhəddəki hərbi münaqişəyə son qoymaq yolları ilə bağlı Əfqanıstanla fikir mübadiləsi aparmaqdır.

Çin qarşılıqlı etimadın qurulması üçün ilkin addım olaraq iki ölkə arasında ticarətin bərpasına çağırır.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью