Çində evlilik böhranı: Tarixin ən aşağı səviyyəsi

05.11.2024

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Çinin Vətəndaşlıq İşləri Nazirliyi ölkədə evlilik nisbətləri ilə bağlı son məlumatı açıqlayıb. 

Əgər tendensiya belə davam edərsə, rekordların başladığı 1980-ci ildən bəri ən aşağı rəqəmlər olacaq. 

"Cebheinfo.az" xəbər verir ki, 2024-cü ilin ilk üç rübündə Çində 4,74 milyon cütlük evləndiyi halda, keçən ilin eyni dövründə bu rəqəm 5,69 milyon olub. Beləliklə, nikah nisbətində 16,6 faiz azalma qeydə alınıb.

2013-cü ildə 13 milyon toyla zirvəyə çatan nikah sayı 2022-ci ildə 6,83 milyona enib. 

2024-cü ildə bu rəqəmin daha da azalacağı gözlənilir. Çində nikahlarla  yanaşı, doğum nisbətinin azalması da ciddi narahatlıq doğurur. 2022-ci ildə 1 milyard 411 milyon olan Çin materikinin əhalisi 2023-cü ildə 1 milyard 409 milyona düşüb. 

2022-ci ildə doğum səviyyəsi 1949-cu ildə Çin Xalq Respublikasının yaranmasından bəri ən aşağı səviyyəyə çatıb. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью