Çində gizli və elektron qapı tutacaqları ilə avtomobillər qadağan edilib

03.02.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Çin hakimiyyəti qapıların açılması üçün gizli tutacaqlara malik avtomobillərin istehsalını qadağan edib.

Xalqcebhesi.az "TechCrunch"a istinadən xəbər verir ki, yeni qaydalar Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təsdiqlənib.

Yeni qaydalara görə, avtomobillərin bütün qapılarında (arxa baqaj qapısı istisna olmaqla) mexaniki açma sistemi olmalıdır. Dəyişikliklər 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək.

Bundan əlavə, avtomobilin salonunda da açma mexanizmini göstərən mexanizm olmalıdır.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью