Çində güclü tayfuna görə əhali təxliyə edilir AÇIQLAMA

25.10.2026

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çində "Çampi” tayfununun yaxınlaşması ilə əlaqədar ölkənin şərqindəki sahil bölgələrində yerli hakimiyyət orqanları əhalinin təxliyəsi və bərə xidmətinin dayandırılması istiqamətində işlərə başlayıblar.

SİA xəbər verir ki, tayfunun gətirdiyi güclü külək və yağıntıdan təsirlənən Şanxayda 62 min 400 nəfər təxliyə edilib.

Cejian əyalətinin Zhoushan və Yuhuan şəhərlərində sahil zonasında dalğalardan qorunmaq üçün çimərliklər bağlanıb, turistlər ərazidən uzaqlaşdırılıb, dənizdəki iş fəaliyyəti dayandırılıb. Yerli hakimiyyət orqanları bildirib ki, bəzi ərazilərdə dalğaların hündürlüyü 9 metrə çatıb.

Mətləb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью