Çində güclü yağışlar fəlakətə səbəb oldu: 10 ölü, 21 mindən çox təxliyə

19.08.2026

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çinin cənubunda güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 10 nəfər həyatını itirib, 21 784 nəfər təxliyə edilib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, sıçuan əyalətində leysan yağışları selə səbəb olub.

Xinbao kəndində universitetə qəbul imtahanının nəticələrini qeyd etmək üçün təşkil olunan şam yeməyi zamanı yağış sularının toplanması nəticəsində evin damı və divarı çöküb. Hadisə nəticəsində 5 nəfər ölüb, 17 nəfər yaralanıb.

Güclü yağışlar səbəbindən müxtəlif bölgələrdən 21 784 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.

Quansi Muxtar Rayonunda isə tikinti sahəsində torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində 5 nəfər həyatını itirib.

Çinin cənub-qərb və cənub bölgələrinin bir çoxunda yayın əvvəlindən etibarən intensiv yağışlar müşahidə olunur.

Ayşən Vəli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью