Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çin seysmoloqları ölkənin cənub-qərbində yerləşən Sıçuan əyalətində 5 maqnitudalı zəlzələ qeydə alıblar.
Moderator.az xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri İbin şəhər dairəsinin Qao qəzasında, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.
Əhalisinin sayı 4.6 milyondan çox olan İbin dairəsində dağıntılar və ya xəsarət alanlar barədə hələlik heç bir məlumat daxil olmayıb.
Bir müddət sonra mərkəz eyni qəzada yenidən 5 maqnitudalı ikinci zəlzələnin baş verdiyini açıqlayıb.