Çində gül çiçəkli QƏZA

02.09.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avtomobil qəzalarında çox vaxt ərazi çirklənir, avtomobillər zədələnir, insanlar xəsarət alır. Bu dəfə isə əksinə olub.

Avtosfer.az xəbər verir ki, Çinin Çunçin əyalətində sürücü idarəetməni itirərək yoldan çıxıb və çiçəkləyən ağaca çırpılıb. Maraqlıdır ki, avtomobil hansısa yarğana düşməyib, əksinə, “uçaraq” bie neçə metr yüksəkliyə qalxıb.

Qəzada ciddi xəsarət alan olmayıb. Avtomobilin üzəri tökülən çiçəklərlə örtüldüyü üçün maraqlı mənzərə yaranıb.

Qəza sosial şəbəkənin çindilli seqmentində müzakirələrə səbəb olub.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью