Çində haker hücumları üçün “Süni intellekt Terminator” yaradıldı

21.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Çində smartfon vasitəsilə idarə olunan haker hücumları üçün süni intellekt yaradılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.
Bildirilib ki, ARTEX adlı sistemə adi dildə tapşırıqlar vermək mümkündür. Bundan sonra süni intellekt özü müstəqil şəkildə sistemlərdəki boşluqları aşkarlayır, hücum üsullarını seçir və cəhdlər uğursuz olduqda strategiyasını dəyişir.
Nəşrin məlumatına görə, bu alətin dünyanın müxtəlif ölkələrində yüzlərlə təşkilata qarşı həyata keçirilən kiberhücumlarla əlaqəli olduğu bildirilir.
Bizim.Media 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью