Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çinin Sincan bölgəsindəki turizm məkanlarından birində nümayiş etdirilən humanoid robot döyüş hərəkətləri yerinə yetirərkən izdihamın önündə dayanan azyaşlı oğlan uşağına zərbə vuraraq onu yerə yıxıb.
“Qafqazinfo” xəbər verir ki, görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məlum olub ki, sözügedən bədbəxt hadisəyə səbəb robotun süni intellekt tərəfindən müstəqil idarə olunması yox, insan amili olub. Qurğu tamamilə avtonom deyil, məkanın meneceri tərəfindən uzaqdan pultla idarə edilirmiş. Ən ciddi qayda pozuntusu isə robotun döyüş hərəkətləri nümayiş etdirdiyi sahə ilə şounu izləmək üçün toplaşan uşaqlar arasında heç bir təhlükəsizlik baryerinin və ya maneənin qoyulmaması olub.
Qeyd olunub ki, zərbənin təsirindən yerə yıxılan uşağın anası dərhal polisə şikayət ərizəsi ilə müraciət edib. Ana sonradan verdiyi açıqlamada oğlunun vəziyyətinin yaxşı olduğunu və ciddi bir xəsarət almadığını bildirib.