Çində iki general istintaqa cəlb olundu

24.01.2026

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çində iki general - Can Yousia və Liu Cenli haqqında ciddi intizam və qanun pozuntuları şübhəsi ilə təhqiqat başlanıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onların istintaqa cəlb edilməsi qərarı Çin Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən verilib.

Can Yousia Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın sədr müavini, həm də Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvüdür. Liu Cenli isə Mərkəzi Hərbi Şuranın üzvü və onun CMC-nin üzvü, CMC birləşmiş qərargahın aparat rəhbəridir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью