Çində iki istirahət gəmisi aşıb: Ölənlər var

05.05.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Çinin cənub-qərbində Quyçjou əyalətinin Syansi şəhərində Liuçun çayında iki istirahət gəmisi aşıb.

Oxu.Az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, hadisə güclü leysan yağışından sonra baş verib.

Məlumata görə, hadisə nəticəsində 3 nəfər həlak olub, 14 nəfər itkin düşüb. Ümumilikdə 60 nəfər xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri hələ müəyyən edilməyib. Digər detallar araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью