Çində iki medal

25.04.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çinin Tayyuan şəhərində parataekvondo üzrə Prezident kuboku keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin dörd təmsilçisi dayanq üzərinə çıxıb.

K44 kateqoriyasında çıxış edən parataekvondoçularımız Asiyada iki medal qazanıblar. İmaməddin Xəlilov (70 kq) finala qədər irəliləsə də, zədə üzündən həlledici görüşə çıxmadığı üçün gümüş mükafat alıb. Sabir Zeynalov (58 kq) isə bürünc əldə edib.

Qeyd edək ki, Amin Şıxalıyev (63 kq) və Orxan Cəfərov (80 kq) turniri medalsız başa vurublar.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью