Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bizimyol.info xəbər verir ki, Çinin "Sohu" nəşrinin məlumatına görə, cihazın əsasını "Alibaba" tərəfindən hazırlanmış qabaqcıl süni intellekt modeli "Qwen" təşkil edir.
Neyroşəbəkə real vaxt rejimində ev heyvanlarının çıxardığı səsləri analiz edir və onların mənasını şərh edir. Çjetszyan Universitetinin mütəxəssisləri bildirirlər ki, texnologiya heyvanların emosiyalarını və ehtiyaclarını 94,6 faiz dəqiqliklə müəyyən edə bilir.
Cihaz insanların öz ev heyvanları ilə ünsiyyətini asanlaşdırmaq üçün nəzərdə tutulub. Boyunluq heyvanın ac olduğunu, narahatlıq hiss etdiyini və ya diqqət çəkməyə çalışdığını operativ şəkildə müəyyən etməyə kömək edir.
Layihə müəllifləri süni intellektin dil bazasını daha da inkişaf etdirməyi planlaşdırırlar. Məqsəd ev heyvanlarının davranışlarını daha detallı şəkildə anlamaqdır.
Bizimyol.info