Çində körpü uçub, ölənlər var

03.02.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 3 fevral, AZƏRTAC

Çinin şərqində yerləşən Ciansu əyalətində körpünün uçması nəticəsində azı iki nəfər həlak olub, üç nəfər itkin düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Xinhua” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə fevralın 2-də axşam saatlarında Yançenq şəhərində baş verib. Tikintisi davam edən dəmir yolu körpüsü uçub.

Hazırda körpünün uçmasına səbəb olan hallar araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью