Çində leysan yağışları səbəbindən 65 minə yaxın insan təxliyə edilib

02.08.2026

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Çin hakimiyyəti ölkənin cənub-qərbindəki Sıçuan vilayətində güclü leysan və daşqın təhlükəsi səbəbindən təxminən 65 min nəfəri təxliyə edib.

Moderator.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, avqustun 1-də vilayətin bir neçə şəhərinə, o cümlədən inzibati mərkəzi olan Çenduya yenidən leysan yağışları yağıb. Bəzi rayonlarda bir sutka ərzində 186 mm-ə qədər yağıntı düşüb.

Rəsmi məlumatlara görə, may ayında başlayan daşqın mövsümünün əvvəlindən bəri Sıçuanda ümumilikdə 881 min nəfər təxliyə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью