Çində marketdə yanğın nəticəsində 8 nəfər ölüb AZƏRTAC

04.01.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pekin, 4 yanvar, AZƏRTAC

Çinin Hıbey əyalətində marketdə baş verən yanğın nəticəsində 8 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

AZƏRTAC əyalətin səlahiyyətli qurumlarına istinadla xəbər verir ki, yanğın Canciakou şəhərində səhər saatlarında baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər təxminən saat yarımdan sonra yanğını nəzarət altına alıblar. Axtarış-xilasetmə işləri başa çatıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью