Çində Mbappenin formalarını yandırmağa və plakatlarını korlamağa başlayıblar

29.10.2026

Oxumeni.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çində Mbappenin formalarını yandırmağa və plakatlarını korlamağa başlayıblar

Çində “Real” klubunun hücumçusu Kilian Mbappenin formalarını yandırmağa başlayıblar. Oxuməni.az xəbər verir ki, bu barədə EFE Noticias məlumat yayıb.

Çinli azarkeşlər futbolçunun formalarını yandırmaqla yanaşı, onun təsviri olan plakatları və reklam materiallarını da korlayırlar. Buna səbəb Mbappenin son açıqlaması olub. O, Mao Tszedunu Çin diktatoru adlandırıb. 27 yaşlı fransalı futbolçu, həmçinin ən sevdiyi memin onun üzünün Tszedunun portretinə yerləşdirildiyi fotokolaj olduğunu bildirib.

Mbappenin açıqlamasından sonra enerji içkiləri istehsalçısı “Dongpeng” və süd məhsulları şirkəti “Mengniu” futbolçu ilə əməkdaşlığı dayandırdıqlarını elan ediblər. Çin Mərkəzi Televiziyası isə Mbappenin iştirak etdiyi “Real” oyunlarının yayımlarını müvəqqəti dayandırıb.

Futbolçu, onun klubu və İspaniya La Liqasının rəhbərliyi Çin xalqından üzr istəyib. “Sözlərimdən inciyən hər kəsdən üzr istəyirəm. Mənim qətiyyən belə niyyətim olmayıb. Çin xalqına və onun tarixinə dərin hörmət bəsləyirəm və səmimi şəkildə təəssüf edirəm”, — deyə Mbappe bildirib.

Almaz Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью