Статья не опубликована
Çində meşə yanğını səbəbindən 140dan çox insan təxliyə edilib | Icma.az

Çində meşə yanğını səbəbindən 140dan çox insan təxliyə edilib

10.12.2024

Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.

Çinin cənub-qərbindəki Sıçuan əyalətində baş verən meşə yanğını ilə əlaqədar 140-dan çox insanın təxliyə edildiyi bildirilib.

Çinin Sinxua agentliyinin xəbərinə görə, dünən günorta saatlarında Qarze Tibet Muxtar Prefekturasının Yaciang rayonunda kənd ətrafındakı meşə sahəsində yanğın baş verib.

Yanğın böyüdükcə kənddə yaşayan 140-dan çox insan evlərindən təxliyə edilib.

Yanğınsöndürmə və xilasetmə işləri üçün bölgəyə 300 yanğınsöndürən və təcili yardım işçisi göndərilib.

Mövsüm

Aznews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью