Çində palçıq axını olub, itkin düşənlər var

26.08.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pekin, 26 avqust, AZƏRTAC

Çinin Tibet Muxtar Rayonunun Siqaze şəhəri ərazisində palçıq axını baş verib.

AZƏRTAC muxtar rayon hökumətinin açıqlmasına istinadla xəbər verir ki, palçıq axını Çin ilə Nepal arasında əsas sərhəd-keçid məntəqəsinə gedən yolu bağlayıb. Bundan başqa, kommunikasiya və elektrik xətləri qırılıb. Təbii fəlakət nəticəsində itkin düşənlər var.

Çin Xalq Respublikasının Sədri Si Cinpin itkin düşənlərin axtarışlarının sürətləndirilməsi və təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılması ilə bağlı göstəriş verib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью