Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Pekin, 23 may, AZƏRTAC
Çinin cənubundakı Quansi Cuan Muxtar Rayonunda şiddətli yağışlardan sonra yaranan palçıq axını nəticəsində bir nəfər ölüb, 8 nəfər itkin düşüb, 3 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, hadisə Lonşen rayonuna tabe olan Sanşı kəndində səhər erkən saatlarında baş verib. Bir neçə evə ziyan dəyib. Sakinlər təxliyə edilib.
Hazırda axtarış-xilasetmə işləri aparılır. Kənd sakinlərinin siyahısı dəqiqləşdirilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin