Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Pekin, 27 may, AZƏRTAC
Çinin Şandon əyalətində kimyəvi məhsullar zavodunda baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 6 nəfər itkin düşüb.
AZƏRTAC əyalət hökumətinin məlumatına istinadla xəbər verir ki, hadisə yerli vaxtla 11:57-də (Bakı vaxtı ilə 7:57) Qaomi şəhərində baş verib. Partlayış nəticəsində 19 nəfə xəsarət alıb.
Hazırda hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir. Fövqəladə hallar nazirinin müavini Hu Minlanın rəhbərlik etdiyi axtarış-xilasetmə əməliyyatına 232 nəfər canlı qüvvə, 55 texnika cəlb olunub. Ətraf ərazidə yaşayan sakinlər təhlükəsizlik məqsədilə təxliyə edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin