Çində Pezeşkiyandan İlham Əliyevə sual: Barışdınız?

03.09.2025

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Çinin paytaxtı Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda iştirak ediblər. 

AZXEBER.COM xəbər verir ki, parad başlamazdan öncə ölkə başçılarının ayaqüstü söhbətində İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan prezident İlham Əliyevlə qısa söhbət edir. 

Hər iki liderin doğma Azərbaycan dilində etdiyi söhbətdə Pezeşkiyan "Barışdınız?" deyə sual verir. Prezident İlham Əliyev isə, "bəli" cavabını verir. 

Sözügedən görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb:

Посмотреть эту публикацию в Instagram

Публикация от Azxeber Media (@azxeber)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью