Çində qadınların qlobal sammiti keçiriləcək

23.09.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pekin, 23 sentyabr, AZƏRTAC

Çinin paytaxtı Pekində Qadınlar üzrə 4-cü Dünya Konfransının 30-cu ildönümünü münasibətilə qadınların qlobal sammiti təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirliyin rəsmisi Quo Ciakun bildirib ki, BMT-nin Qadınlar üzrə 4-cü Dünya Konfransının 30-cu ildönümünə həsr olunan sammit yaxın zamanlarda keçiriləcək.

XİN rəsmisi vurğulayıb ki, 5 il əvvəl Çin Xalq Respublikasının Sədri Si Cinpin 2025-ci ildə qlobal qadın sammitinin çağırılmasını təklif edib.

Xatırladaq ki, 1995-ci ildə Pekində keçirilmiş BMT-nin Qadınlar üzrə 4-cü Dünya Konfransı qadın və kişilərin hüquq bərabərliyi ideyalarına tərəfdar olduğunu bəyan edib. Tədbirdə qadınların imkanlarının genişlənməsi və vəziyyətlərinin yaxşılaşdırılması uğrunda fəaliyyət göstərmək istiqamətində Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul edilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью