Çində qapanmaya səbəb olan virus Azərbaycana da çatıb? RƏSMİ

06.08.2025

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çində ağcaqanadlar vasitəsilə Chikungunya (CHIKV) virusunun yayılması səbəbindən COVID-19 pandemiyası zamanı istifadə edilənlərə bənzər profilaktik tədbirlər tətbiq edilib. 

Azərbaycanda bu virusa yoluxma riski insanlar arasında narahatlıq yaradır. 

Bəs hazırda ölkəmizdə bu virusa yoluxma halları varmı? 

“Cehbeinfo.az”- ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən bildirilib ki, Azərbaycanda insanlar arasında virusa yoluxma müşahidə edilməyib:  

“Ölkəmizdə chikungunya virusuna yoluxma halı qeydə alınmayıb”. 

Gülər 
“Cebheinfo.az”

Açar sözlər: Çin virus Azərbaycan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью