Çində qatar 11 inşaatçını vuraraq öldürdü

27.11.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Çinin cənubundakı Kunmin şəhərində sınaqdan keçirilən qatarın inşaat işçilərinə çırpılması nəticəsində 11 nəfər həyatını itirib, daha iki nəfər isə yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Kunmin Dəmir Yolu İdarəsinə istinadən TASS yayıb.

Hadisə, qatarın seysmik sınaqlar üçün nəzərdə tutulmuş avadanlığı test etdiyi vaxt baş verib. Yaralılar xəstəxanaya çatdırılıb, faktla bağlı araşdırma aparılır.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью