Çində qeyri adi hadisə baş verib

30.07.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çinin Şandun əyalətinin Donin şəhərində bir cütlüyün yerli sakinlər arasında yay aylarında tez-tez həyata keçirdiyi cırcırama toplama məqsədilə çıxdığı gəzintisi qeyri-adi xilasetmə əməliyyatına çevrilib.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, təxminən 5 metr dərinliyindəki quyuya düşən həyat yoldaşını tək qoymaq istəməyən kişi xilasediciləri gözləmək əvəzinə özü də quyuya tullanıb. Cütlük hadisə yerinə gələn xilasedicilərin köməyi ilə xilas edilib.

Belə ki, cırcırama toplamaq üçün evdən çıxan ər-arvad yağışdan sonra sürüşkənləşən və kifayət qədər işıqlandırılmayan yaşıllıq ərazidə gəzərkən qadın otların arasında görünməyən, təxminən 5 metr dərinliyində olan quyuya yıxılıb.

Yıxılarkən xəsarət alan və öz gücü ilə quyudan çıxa bilməyən qadını görən həyat yoldaşı xilasediciləri yuxarıda gözləmək əvəzinə onun yanına enmək qərarına gəlib. O, həyat yoldaşını tək qoymamaq üçün eyni quyuya tullanıb və cütlük mobil telefon vasitəsilə yanğınsöndürmə xidmətinə məlumat verib.Hadisə yerinə gələn xilasedicilərin cütlüyü təhlükəsiz şəkildə quyudan çıxarıb. İlkin tibbi yardım göstərilən qadının həyati təhlükəsinin olmadığı bildirilib.

Xilasetmə əməliyyatının görüntüləri Çində qısa müddətdə sosial şəbəkələrdə geniş marağa səbəb olub. Bir çox istifadəçi kişinin həyat yoldaşını tək qoymamaq üçün quyuya enməsini fədakarlıq nümunəsi kimi qiymətləndirib.

Əfsanə 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью