Çində qırğınabənzər qəza

19.11.2024

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Çinin Hunan əyalətinin Çanqde şəhərində avtomobil ibtidai məktəbin qarşısında insanlara çırpılıb. 

"Cebheinfo.az" xəbər verir ki, yerli mənbələrdən verilən açıqlamada qəzada yaralananların olduğu, avtomobilin sürücüsünün ətrafdakı insanlar və mühafizəçilər tərəfindən zərərsizləşdirildiyi bildirilib. Hadisə yerinə toplaşan bir neçə nəfər qəzəblə maşına hücum edib. Sürücü hadisə yerinə gələn polis tərəfindən saxlanılıb. Yaralıların təcili yardımla xəstəxanaya aparıldığı deyilib. Hadisədə hələlik insan itkisinin olub olmadığı məlum deyil. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью