Çində qırıcı qəzaya uğradı Pilot son anda xilas oldu

15.03.2025

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Çinin Xalq Azadlıq Ordusuna aid hərbi təyyarə təlim zamanı qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, ordunun Cənub Cəbhəsi Komandanlığından verilən açıqlamada qəzanın günorta saatlarında ölkənin cənubundakı Haynan adasında baş verdiyi bildirilir. Qırıcı boş sahəyə düşdüyü bildirilib.

Pilot qəzadan öncə katapult düyməsini basaraq xilas ola bilib.

Qəzanın səbəbləri araşdırılır.

Cənub Cəbhəsi Komandanlığı Çin və sahilyanı ölkələr arasında mübahisəli Cənubi Çin dənizinə cavabdeh olan ordu birliyidir.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью