Çində qiymətlərdə deflyasiya tendensiyası davam edir | Icma.az
Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az Çində istehlakçı və istehsalçı qiymətlərində deflyasiya tendensiyası davam edir.
Banco.az xəbər verir ki, Çinin Milli Statistika Bürosu (MSB) ölkədə qiymət artımları ilə bağlı 2025-ci ilin yanvar ayı üçün göstəriciləri açıqlayıb.
Buna görə, İstehlak Qiymətləri İndeksi (İQİ) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5% artdığı halda, İstehsalçı Qiymətləri İndeksi (İQİ) 2,3% azalıb.
İstehlak qiymətlərindəki durğunluq və istehsalçı qiymətlərində davam edən azalma nəticəsində deflyasiya meyli yeni ildə də hiss olunmağa davam edib.
İstehlak qiymətlərindəki artım 23 aydır ki, sıfıra yaxındır İnflyasiyanın əsas göstəricisi hesab olunan İQİ 2023-cü ilin mart ayından bəri 1%-dən aşağı səviyyədə qalmaqdadır.
İndeks 2024-cü ilin dekabrında 1%-lik artımdan sonra, 2025-ci ilin yanvar ayında 8 günlük Bahar Bayramı tətillərində xərclərin artmasının təsiri ilə 0,5% yüksəlib.
Bu dövrdə istehlak məhsullarının qiymətləri 0,1%, xidmətlərin qiymətləri isə 1,1% artıb.Qida məhsullarının qiymətləri 0,4%, qeyri-qida məhsullarının qiymətləri isə 0,5% yüksəlib.
Tam oxu
Xəbəri oxu