Çində qocalar evi yandı

09.04.2025

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xebey vilayətinin Çende şəhərində qocalar evi yanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın dünən  yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə 17:00) başlayıb.

Əraziyə çox sayda yanğınsöndürmə briqadaları, xilasedicilər və tibb işçiləri cəlb olunub. 5 saata yaxın davam edən yanğın söndürüldükdən sonra 20 nəfərin öldüyü məlum olub. Yanıq xəsarətləri alanlar xəstəxanaya yerləşdirilib. Onların arasında itkinin olacağı ehtimalı böyükdür.

Qeyd edək ki, yanğının hansı səbəbdən baş verdiyi bildirilmir. Yerli polis araşdırma aparır.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью