Çində qocalar evində baş verən yanğında 20 nəfər ölüb

09.04.2025

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Çinin Hıbey vilayətində qocalar evində baş verən yanğında ən azı 20 nəfər ölüb.

AZƏRTAC vilayətin səlahiyyətli qurumlarının açıqlamasına istinadla xəbər verir ki, yanğın Çende şəhərinin Lonhua rayonunda aprelin 8-də axşam saat 9 radələrində başlayıb. Son məlumata əsasən, 20 nəfərin öldüyü təsdiqlənib. Hazırda binada axtarış işləri aparılır.

Yanğının səbəbi bilinmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью