Çində qocalar evində yanğın: 5 nəfər ölüb

03.02.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 3 fevral, AZƏRTAC

Çinin şimal-şərqində Ciciqar şəhərində qocalar evində baş verən yanğın nəticəsində beş nəfər həlak olub.

AZƏRTAC Çinin Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Bildirilib ki, yanğın bazar ertəsi günorta saatlarında başlayıb və qısa müddətdə söndürülüb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью