Çində qocalar evində yanğın nəticəsində onlarla insan öldü

09.04.2025

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çinin şimalında yerləşən Hebey əyalətində qocalar evində baş vermiş yanğın nəticəsində azı 20 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Xinhua” agentliyi yerli iqtidara istinadən məlumat yayıb.

Bildirilib ki, yanğın aprelin 8-də axşam Çende şəhərinin Lonğua dairəsində baş verib. Yerli vaxtla çərşənbə günü saat 03:00-a olan məlumata görə, ümumilikdə 20 nəfərin ölməsi təsdiqlənib.

Yanğının səbəbləri araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью