Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır. Çinin şimal-şərqindəki Lyaonin əyalətində yerləşən şirkətin rəhbərliyi komandanın qu
Oxu.Az-ın xəbərinə görə, bu barədə "South China Morning Post" nəşri yazıb.
Məlumata görə, qeyd edilən şirkət təhsil sahəsi üzrə fəaliyyət göstərən təşkilatdır.
Öz vəzifəsində bir ildən az müddət işləyən keçmiş əməkdaş sosial şəbəkədə bununla bağlı paylaşım edib.
Paylaşımda bildirib ki, şirkət rəhbərliyi onun həmkarlarını alov udmağa məcbur edib və bunun qorxuların öhdəsindən gəlməyə, özünəinamı artırmağa kömək edəcəyini iddia edib.
Timbildinq (komandanın qurulması) zamanı əməkdaşlar yanan pambıq çubuqlarını ağızlarına soxaraq söndürməli imişlər.
Qadın da bu təlimdə iştirak edib və üzərində təzyiq hiss etdiyi, həmçinin işini itirməkdən qorxduğu üçün risk etmək qərarına gəlib.
"Məqsəd ondan ibarət idi ki, şirkət rəhbərliyinə əzmkarlığımızı göstərməli idik.