Çində raket buraxılışdan 90 saniyə sonra partladı

11.08.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çində “Long March 7A” raketinin buraxılışı uğursuzluqla nəticələnib.

Lent.az xəbər verir ki, raket avqustun 10-da Haynan adasındakı Vençanq Kosmik Buraxılış Mərkəzindən havaya qalxıb.

Lakin buraxılışdan 90 saniyədən az müddət sonra raket havada partlayaraq alov topuna çevrilib.

Hadisə nəticəsində raketlə birlikdə “ChinaSat-4B” rabitə peyki də məhv olub.

Çinin dövlət xəbər agentliyi missiyanın uğursuz olduğunu təsdiqləyib. İlkin məlumata görə, uçuş zamanı naməlum texniki problem yaranıb. Hadisənin dəqiq səbəbi araşdırılır.

Bu, “Long March 7A” raketinin 2020-ci ildə ilk uçuşundakı uğursuzluqdan sonra ilk qəzasıdır. Raket bundan sonra 12-dən çox uğurlu missiya həyata keçirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью