Çində restoranda 22 nəfərin ölümü ilə nəticələnən yanğın olub Video

29.04.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çinin Liaonin əyalətində restoranda yanğın baş verib.

Bizimyol.info xəbər verir ki, bu barə ölkə mətbuatı məlumat verib.

Yanğın nəticəsində azı 22 nəfər həlak olub, 3 nəfər isə yaralanıb. Yaralılar qısa müddətdə xəstəxanalara çatdırılıb.

Çin prezidenti Si Cinpinq yaralıların müalicəsi üçün hər cür səy göstərməyə çağırıb.

Si yanğından alınacaq dərslərin "son dərəcə vacib" olduğunu söyləyib.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə alovların restoranı bürüdüyü və tüstünün göyə qalxdığı əks olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью