Çində restoranda baş verən yanğında 22 nəfər ölüb

29.04.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pekin, 29 aprel, AZƏRTAC

Çinin Liaonin əyalətində restoranda baş verən güclü yanğın nəticəsində ən azı 22 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, hadisə Liaoyan şəhərində baş verib. Hadisənin detalları barədə ətraflı məlumat açıqlanmayıb.

Çin Xalq Respublikasının Sədri Si Cinpin səlahiyyətli qurumlara yaralıları müalicə etmək üçün hər cür səy göstərməyi tapşırıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью